WUF13 çərçivəsində keçirilən şəhərsalma forumunda “Uşaqlar və Gənclər” mövzusuna həsr olunmuş dəyirmi masada Uşaq Səfirlər Məclisinin üzvləri də yer alıb.

WUF13 çərçivəsində keçirilən şəhərsalma forumunda “Uşaqlar və Gənclər” mövzusuna həsr olunmuş dəyirmi masada Uşaq Səfirlər Məclisinin üzvləri də yer alıb.

  • 21 May 2026
  • admin

Bahar Muradova çıxışı zamanı gənclərin və uşaqların təhlükəsiz, inklüziv və dayanıqlı şəhər mühitində yaşamasının əhəmiyyətindən danışıb. Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Fatimə Fətəliyeva və Ömər Eyvazlı uşaqların şəhərlərin formalaşmasındakı rolu, onların fikirlərinin dinlənilməsinin əhəmiyyəti və Uşaq Səfirlər Məclisinin fəaliyyəti, həyata keçirdiyi layihələr, uşaqların hüquqlarının təşviqi istiqamətində gördüyü işlər və gənclərin ictimai iştirakçılığa cəlb olunması barədə də məlumat veriblər.

Çıxış zamanı bildirilib ki, uşaqların iştirakçılığı yalnız gələcəyin deyil, bu günün də şəhərlərinin daha təhlükəsiz, inklüziv və dayanıqlı qurulmasına töhfə verir.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC