Üç ayın ən fəal rayonu – İsmayıllı!
İyul, avqust və sentyabr aylarını əhatə edən qiymətləndirmə dövründə İsmayıllı rayonu fərqlənərək “Ən fəal rayon” adına layiq görülüb!
Uğurlu təşəbbüsləri və fəal iştiraklarına görə İsmayıllı rayonu nümayəndələri Ruhəngiz Qasımova və Nazlı Mirzəliyevaya dərin təşəkkürümüzü bildiririk! Gələcək işlərinizdə daha böyük nailiyyətlər arzulayırıq!
Qeyd edək ki, “Ən fəal rayon” nominasiyası Uşaq Səfirlər Məclisi çərçivəsində regionlarla işin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə keçirilən 3 aylıq qiymətləndirmənin nəticəsidir.