“Gələcəyin peşələri – STEM” adlı tanıtım günü təlimi keçirilib.

“Gələcəyin peşələri – STEM” adlı tanıtım günü təlimi keçirilib.

  • 19 Oktyabr 2026
  • admin

19 oktyabr 2026-cı il tarixində Uşaqların elmə, texnologiyaya, mühəndisliyə və riyaziyyata marağının artırılması, həmçinin gələcəyin peşələri haqqında məlumatlandırılması məqsədilə “Gələcəyin peşələri – STEM” adlı tanıtım günü təlimi keçirilib.

Təlim zamanı iştirakçılara STEM anlayışı, onun əsas istiqamətləri və müasir dünyada əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, bu sahələrin gündəlik həyatda tətbiqi və gələcək karyera imkanları haqqında danışılıb.

Görüş uşaqların yeni biliklər əldə etməsinə, texnoloji yeniliklərə marağının artmasına və gələcək peşə seçimləri ilə bağlı təsəvvürlərinin genişlənməsinə töhfə verib.