“Empatiya və Tənqidi düşüncə” mövzusunda təlim keçirilib.
21 oktyabr 2026-cı il tarixində “Empatiya və Tənqidi düşüncə” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara empatiya, simpatiya və tənqidi düşüncə anlayışları, onların əsas xüsusiyyətləri və bir-birindən fərqləri haqqında ətraflı məlumat verilib.
Təlim çərçivəsində empatiyanın başqalarının hiss və düşüncələrini anlamaqda, simpatiyanın digər insanlara qarşı rəğbət və mərhəmət göstərməkdə, tənqidi düşüncənin isə məlumatları təhlil etmək və əsaslandırılmış nəticələrə gəlməkdə rolu izah olunub. İştirakçılar mövzu ətrafında müzakirələr apararaq bu bacarıqların gündəlik həyatda və insanlararası münasibətlərdə əhəmiyyətini öyrəniblər.
Təlimin əsas məqsədi iştirakçıların emosional anlayışını və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, həmçinin onların başqalarının hisslərinə daha həssas yanaşmalarına və sağlam ünsiyyət qurma bacarıqlarının formalaşmasına dəstək olmaq olub.