Uşaq Səfirlər Məclisinin üzvləri Böyük Britaniyanın Suffolk Universitetinin Professoru Pallavi Sinha ilə görüşəcəklər.
Dr Pallavi Sinha Suffolk Universitetinin professoru və “Uşaq məsələləri üzrə araşdırmalar” və “Təhsil” üzrə magistr proqramlarının rəhbəri kimi fəaliyyət göstərir.
O, yerli, sosial-iqtisadi baxımdan həssas və tədric olunmuş icmalarda təhsil və uşaq hüquqları sahəsində dialoqun qurulması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə araşdırmalar aparır. Dr Pallavi təhsil sahəsi üzrə ixtisaslaşmış mütəxəssis və sosial elmlər üzrə tədqiqatçıdır.
Dr Pallavi 2016-cı ildə Kembric Universitetinin Təhsil fakültəsində fəlsəfə doktoru (PhD) elmi dərəcəsini, 2012-ci ildə isə həmin universitetdə magistr dərəcəsinə yiyələnmişdir. O, həmçinin 2009-cu ildə Esseks Universitetində Təhsil üzrə Postqrad Sertifikatı (Postgraduate Certificate in Education ) proqramını tamamlamışdır.
Qeydiyyat üçün link: https://forms.gle/xrGn6t6mU3N7CLNb6
Tarix: 11 iyun, 19:00 (Onlayn formatda)
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC