Uşaq Səfirlər Məclisinin Tərtər rayonu üzrə nümayəndələri Zeynalzadə Nuray və Allahverdiyev Ayxanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Tərtər rayonu üzrə nümayəndələri Zeynalzadə Nuray və Allahverdiyev Ayxanın təşəbbüsü, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Cümhuriyyət işığında gələcəyə" adlı layihəsi əsasında tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini təbliğ etmək və bu irsin müasir dövrdəki əhəmiyyətini iştirakçılara çatdırmaqdır. Müstəqillik ideyalarının yaranma prosesini və bu ideyaların bu günkü Azərbaycan üçün əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.
Tədbirdə Cümhuriyyətin tarixi, qurucuları və milli dəyərlərimiz haqqında danışıldı. Tədbir həm maarifləndirici, həm də ruhlandırıcı keçdi.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər