Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndəsi Gülay Mütəllibovanın təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndəsi Gülay Mütəllibovanın təşəbbüsü

  • 23 İyun 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə nümayəndəsi Gülay Mütəllibovanın təşəbbüsü, Qax şəhər 2 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə məktəb şagirdləri və müəllim kollektivi iştirak edib.

Video çarx nümayiş olunub, şagirdlərin çıxışları ilə Müstəqillik Gününün tarixi haqqında ətraflı məlumat verilib.

Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan dahi şəxsiyyətlərin rolu və bu günün əhəmiyyəti vurğulanıb.

Tədbirin ikinci hissəsində uşaqların dünyagörüşünü yoxlamaq məqsədilə intellektual yarış təşkil olunub.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər