Uşaq Səfirlər Məclisinin Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı və Yardımlı rayonları üzrə regional nümayəndələri və fəalları üçün “Uşaqların informasiya təhlükəsizliyi” və “Uşaq hüquqları” mövzularında təlim proqramları təşkil edilib.

  • 27 Dekabr 2024
  • admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lənkəran şəhərində Uşaq Səfirlər Məclisinin Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı və Yardımlı rayonları üzrə regional nümayəndələri və fəalları üçün “Uşaqların informasiya təhlükəsizliyi” və “Uşaq hüquqları” mövzularında təlim proqramları təşkil edilib.

Təlimdə iştirakçılar komandalar quraraq, uşaq inkişafına dair öyrəndikləri bilikləri intellektual oyunlar vasitəsilə daha da möhkəmləndiriblər. 

Oyunun sonunda “Diamond” komandası qalib gəlib.

Qeyd edək ki, təlim proqramları “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində həyata keçirilib.