Uşaq Səfirlər Məclisinin Laçın rayonu üzrə nümayəndələri Hüseyn Alızadə və Fəridə Həsənovanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Laçın rayonu üzrə nümayəndələri Hüseyn Alızadə və Fəridə Həsənovanın təşəbbüsü, Laçın rayon 28 nömrəli tam orta məktəbin təşkilatçılığı və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə "Uşaqdan Uşağa" adlı tədbir keçirilib.
Tədbirdə polis əməkdaşlarının, region nümayəndələrinin və məktəb direktorunun çıxışları dinlənilib.
Video çarx nümayiş olunub.
Uşaqlara sağlam gələcəyin qurulması haqqında ətraflı məlumat verilib.
Tədbirdə uşaqların bu mövzuda fikirləri dinlənilib və mövzunun əhəmiyyətindən bəhs olunub.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər