Uşaq Səfirlər Məclisinin Gədəbəy rayonu üzrə nümayəndələri Əsmər Bağırzadənin və Onur Mirzəyevin təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Gədəbəy rayonu üzrə nümayəndələri Əsmər Bağırzadənin və Onur Mirzəyevin təşəbbüsü

  • 10 Noyabr 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Gədəbəy rayonu üzrə nümayəndələri Əsmər Bağırzadənin və Onur Mirzəyevin təşəbbüsü, Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin və Gədəbəy Rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Zəfər günü ərəfəsində məktəblilərin Gədəbəy Rayon Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunmuşdur.

Ekskursiya çərçivəsində Gədəbəy Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aybəniz Əsgərovanın təqdimatı əsasında məktəblilər Ulu öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən foto stendlərlə və müxtəlif eksponatlarla tanış olmuş, həmçinin Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri tərəfindən hazırlanmış "Zəfərin izi ilə" adlı rəsm sərgisinə baxmışlar.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər