Uşaq Səfirlər Məclisinin Culfa rayon üzrə nümayəndələri Turan Nağıyev ,Əsli Muradlı və fəalları İranə Quliyeva , Ayan Məmmədəliyevanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Culfa rayon üzrə nümayəndələri Turan Nağıyev ,Əsli Muradlı və fəalları İranə Quliyeva , Ayan Məmmədəliyevanın təşəbbüsü ilə 28 May – Respublika Gününə həsr olunmuş "Zəfərin sədaları” adlı viktorina yarışması təşkil olunmuşdur.
Tədbirin əsas missiyası şagirdlərə tariximizin şərəfli səhifələrini, vətənimizin müstəqilliyi uğrunda göstərilən rəşadəti və qəhrəmanlığı bir daha xatırlatmaq, onların milli ruhunu və vətənə bağlılığını gücləndirmək idi.
Yarışma zamanı şagirdlər tarixi biliklərini nümayiş etdirmiş, tədbir boyunca uşaqların fəallığı, biliyə marağı və vətənə olan həssas münasibəti xüsusi diqqət çəkmişdi. Yarışmanın sonunda iştirakçılar diplomlarla təltif edilmişdir.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər