Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri Ayxan Abbaszadə və Zəhra Əliyevanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri Ayxan Abbaszadə və Zəhra Əliyevanın təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 5 Dekabr Beynəlxalq Könüllülər Gününə həsr olunmuş "Gənclərin Cəmiyyətə Töhfəsi" adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar xanım könüllülük hərəkatının cəmiyyətdəki rolundan bəhs edərək, gənclərin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirmiş və onlara gələcək işlərində uğurlar arzulamışdır. Görüş zamanı il ərzində icra olunan könüllü layihələr ətrafında geniş fikir mübadiləsi aparılmış, gənclərin təklifləri dinlənilmişdir. Səmərəli diskussiyalarla yadda qalan tədbirin sonunda ictimai fəallığı ilə seçilən könüllülər təşəkkürnamə ilə təltif olunmuş və görüş xatirə fotosu ilə yekunlaşmışdır.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər