Uşaq Səfirlər Məclisinin Abşeron rayon üzrə nümayəndələri və fəalı Qasımlı Fidanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Abşeron rayon üzrə nümayəndələri və fəalı Qasımlı Fidanın təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin və Təhsil Sektorunun dəstəyi ilə "Təbiətimizi yaşıllaşdıraq" adlı tədbir keçirildi.
Tədbir zamanı təbiətin qorunmasına həsr olunmuş müxtəlif mövzularda məruzələr və çıxışlar təqdim olunmuş, mövzunu əhatə edən slayd təqdimatı nümayiş etdirilmişdir. Eyni zamanda, şagirdlərin iştirakı ilə musiqi nömrələri səsləndirilmiş, rəqs kompozisiyaları ifa olunmuş, tədbir iştirakçılarına xoş və maarifləndirici məlumatlar verilmişdir.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər