Uşaq Səfirlər Məclisinə üzvlük üçün müsabiqə elan olunur!

Uşaq Səfirlər Məclisinə üzvlük üçün müsabiqə elan olunur!

  • 31 Yanvar 2026
  • admin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi müstəqil özünü ifadəetmə bacarığına, ictimai fəallığa, liderlik keyfiyyətinə və idarəetmə mədəniyyətinə malik 14-16 yaş qruplarından olan uşaqları müsabiqədə iştiraka dəvət edir.

Seçimlərdə iştirak etmək arzusunda olan namizədlər:

15 fevral 2026-ci il tarixinədək

[email protected] ünvanına müraciət məktublarını (özü və fəaliyyəti ilə bağlı məlumat (CV), eləcə də, “özünü təqdim et” mövzusunda 3-dəqiqəlik video çəkilişi əlavə etməklə) göndərməlidirlər.

Qeyd edilmiş tələblərdən hər hansı biri yerinə yetirilmədikdə müraciət nəzərə alınmayacaq.

Qeydiyyat nəticələri uğurlu olan namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

Son qeydiyyat tarixi: 15 fevral 2026-ci il , 21:00

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC