Uşaq Səfirlər Məclisi yeni layihə ilə qarşınızdadır!
Sizi Bakı Gənclər Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində 26.05.2026-cı il tarixində, saat 16:00-da “Uşaq hüquqları tribunası” layihəsi əsasında keçiriləcək görüşə dəvət edirik.
Layihənin əsas məqsədi cəmiyyətdə müxtəlif sahələrdə uğur qazanmış uşaqların və ziyalıların bilik və təcrübəsini uşaq və gənclər üçün əlçatan etmək və onlarla dialoq mühiti yaratmaqdan ibarətdir.
Görüşün spikerləri:
- Uşaq Səfirlər Məclisinin məzun üzvü, Honkonq Universitetinin tələbəsi Dəniz Hüseynli
- Uşaq Səfirlər Məclisinin məzun fəalı, Honkonq Universitetinin tələbəsi Dəniz Cəfərzadə
Məkan: Bakı Gənclər Mərkəzi
İştirakçı sayı məhduddur, qeydiyyatdan keçməyə tələsin!
Qeydiyyat linki: https://forms.gle/wbuixJTiForgHzk68
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC