Üç ayın ən fəal rayonu – Xocavənd!
Üç ayın ən fəal rayonu – Xocavənd!
İyul, Avqust və Sentyabr aylarını əhatə edən qiymətləndirmə dövründə Xocavənd rayonu fərqlənərək “Ən fəal rayon” adına layiq görülüb!
Uğurlu təşəbbüsləri və fəal iştirakına görə Xocavənd rayon nümayəndələri Aysun Şirinzadəyə və Elmir Namazlıya dərin təşəkkürümüzü bildiririk! Gələcək işlərinizdə daha böyük nailiyyətlər arzulayırıq!
Qeyd edək ki, “Ən fəal rayon” nominasiyası Uşaq Səfirlər Məclisi çərçivəsində regionlarla işin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə keçirilən 3 aylıq qiymətləndirmənin nəticəsidir. Bu müddət ərzində Xocavənd rayonu fəal iştirakı, təşəbbüskarlığı və uğurlu təşkilatçılığı ilə seçilərək bu ada layiq görülüb.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #Xocavənd #ayınƏnFəalRegionu