Üç ayın ən fəal rayonu – Qusar!
Yanvar, fevral və mart aylarını əhatə edən qiymətləndirmə dövründə Qusar rayonu fərqlənərək “Ən fəal rayon” adına layiq görülüb!
Uğurlu təşəbbüsləri və fəal iştirakına görə Qusar rayon nümayəndələri Rasim Dəmirov və Şənay Rüstəmə dərin təşəkkürümüzü bildiririk! Gələcək işlərinizdə daha böyük nailiyyətlər arzulayırıq!
Qeyd edək ki, “Ən fəal rayon” nominasiyası Uşaq Səfirlər Məclisi çərçivəsində regionlarla işin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə keçirilən 3 aylıq qiymətləndirmənin nəticəsidir. Bu müddət ərzində Qusar rayonu üzrə 21 tədbir həyata keçirilmiş, bu tədbirlər çərçivəsində 607 nəfər faydalanmışdır. Fəal iştirakı, təşəbbüskarlığı və uğurlu təşkilatçılığı ilə seçilərək bu ada layiq görülmüşdür.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər