Üç ayın ən fəal rayonları – Sumqayıt və Qax!
Aprel, may və iyun aylarını əhatə edən qiymətləndirmə dövründə Sumqayıt şəhəri və Qax rayonu fərqlənərək “Ən fəal rayon” adına layiq görülüblər!
Uğurlu təşəbbüsləri və fəal iştiraklarına görə Sumqayıt şəhəri nümayəndələri Muhəmməd Quliyev və Əsma Bağırovaya, həmçinin Qax rayonu nümayəndələri Sona Sultanlı və Məleykə Sadiqzadəyə dərin təşəkkürümüzü bildiririk! Gələcək işlərinizdə daha böyük nailiyyətlər arzulayırıq!
Qeyd edək ki, “Ən fəal rayon” nominasiyası Uşaq Səfirlər Məclisi çərçivəsində regionlarla işin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə keçirilən 3 aylıq qiymətləndirmənin nəticəsidir. Bu müddət ərzində Sumqayıt şəhəri üzrə 33 tədbir həyata keçirilmiş, bu tədbirlər çərçivəsində 1279 nəfər faydalanmışdır. Qax rayonu üzrə 32 tədbir həyata keçirilmiş, bu tədbirlər çərçivəsində 1423 nəfər faydalanmışdır.