Şamaxıda “Uşaqlara kitab verək, həyat yükü yox” adlı təlim
Uşaq Səfirlər Məclisinin Şamaxı üzrə regional nümayəndəsinin təşəbbüsü, Rayon İcra Hakimiyyəti və rayon üzrə Təhsil Sektorunun dəstəyi ilə Şəhriyar qəsəbə tam orta “Qızlar müzakirəyə qoşulur” silsilə layihəsi çərçivəsində “Uşaqlara kitab verək, həyat yükü yox!” adlı təlim keçirilib.
Təlimdə Uşaq Səfirlər Məclisinin Şamaxı rayonu üzrə regional nümayəndələri Əminə Şirəliyeva və Aytən Ədilova təqdimatla çıxış edərək, məktəbli qızlara erkən nikah və onun cəmiyyətimizdə törətdiyi fəsadlardan danışıblar. Erkən nikahın qarşısının alınması üçün qızlarda təhsilin vacibliyi vurğulanaraq, bu kimi mənfi hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaratdığını vurğulayaraq, mövzu ilə əlaqədar videoçarx nümayiş etditiblər. Region nümayəndələri həmçinin “Bullinq” və “Gender bərabərliyi” mövzularına toxunaraq şagirdlərə müəyyən məlumatlar təqdim ediblər.
Sonları məktəbliləri maraqlandıran suallar region nümayəndələri tərəfindən cavablandırılıb.