Rəqəmsal dünyada təhlükəsizliyini qoru!

Rəqəmsal dünyada təhlükəsizliyini qoru!

  • 12 May 2026
  • admin

Uşaq Səfirlər Məclisinin təşkilatçılığı ilə keçiriləcək “Rəqəmsal təhlükəsizlik” təlimi çərçivəsində iştirakçılara rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, şəxsi məlumatların qorunması, deepfake texnologiyalarının yaratdığı risklər və kibertəhlükələrdən qorunma üsulları barədə ətraflı məlumat veriləcəkdir.

Təlim zamanı iştirakçılar saxta foto və videoların tanınması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, phishing və digər onlayn fırıldaqçılıq halları ilə bağlı maarifləndiriləcəklər.

Təlimin əsas məqsədi uşaqların rəqəmsal savadlılığının artırılması, onların rəqəmsal dünyada daha təhlükəsiz, məlumatlı və tənqidi düşünən fərdlər kimi formalaşmasına dəstək göstərməkdir.

Təlimdə iştirak etmək üçün qeydiyyat linki:

https://forms.gle/MBRZQxdnu3sWtm438

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC