Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə payız əkin mövsümünün ilk ağacəkmə aksiyası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə payız əkin mövsümünün ilk ağacəkmə aksiyası keçirilib.
Aksiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən “Uşaq Səfirlər Məclisi”-in üzvləri və fəalları, 100-dən çox məktəbli, o cümlədən Memarlıq və İnşaat Universitetinin tələbələri, ekokönüllülər iştirak edib.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.