8 Noyabr — Zəfər Günü Azərbaycan xalqının tarixi ədalət uğrunda apardığı mübarizənin, milli gücümüzün və birliyimizin parlaq rəmzidir.
8 Noyabr — Zəfər Günü Azərbaycan xalqının tarixi ədalət uğrunda apardığı mübarizənin, milli gücümüzün və birliyimizin parlaq rəmzidir. 2020-ci ildə qazanılan Qələbə ilə Azərbaycan öz torpaqlarını azad edərək dövlətçilik tarixində yeni və qürurverici bir səhifə açdı.
Bu gün biz, azadlıq və torpaq bütövlüyü uğrunda qəhrəmancasına döyüşən bütün şəhidlərimizi ehtiramla anır, qazilərimizin göstərdikləri igidliyi böyük minnətdarlıqla yad edirik.
Zəfər, bu günümüzün gücünü, sabahımıza olan inamı və işıqlı gələcək yolunda birliyimizi möhkəmləndirən ən ali dəyərdir. Bu dəyəri qorumaq və ucalığını yaşatmaq hər birimizin müqəddəs borcudur.
Zəfərin mübarək, Azərbaycan!
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #Zəfər #ZəfərGünü #8Noyabr #Qarabağ