6 may 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən 132-134 nömrəli təhsil kompleksində şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.

6 may 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən 132-134 nömrəli təhsil kompleksində şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.

  • 06 May 2026
  • admin

Görüş zamanı ilk olaraq, Uşaq Səfirlər Məclisinin üzvləri Fatimə Sultanlı və Mələk Niftəliyeva tərəfindən iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Nuray Bağışova və Mədinə Həsənli tərəfindən “Uşaq hüququları” mövzusunda təlim keçirilib. Uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.

Sonda şagirdlərin sualları cavablandırılıb və müzakirələr aparılıb.

#UşaqSəfirlərMəclisi #ChildAmbasadorsCouncil #USM #CAC