31 Mart soyqırımı – Xalqımızın yaddaşına qanlı səhifə kimi həkk olunmuşdur.
31 Mart soyqırımı – Xalqımızın yaddaşına qanlı səhifə kimi həkk olunmuşdur. Bu tarixdə minlərlə soydaşımız yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmiş, şəhər və kəndlərimiz viran qoyulmuş, mədəni irsimizə ağır zərbələr vurulmuşdur. Bu faciə təkcə bir xalqın deyil, bütövlükdə bəşəriyyətin vicdanında silinməz izlər buraxan acı bir həqiqətdir.
Bu günü yad edərkən biz yalnız keçmişi xatırlamır, eyni zamanda ədalətin və tarixi həqiqətlərin unudulmaması üçün səsimizi ucaldırıq.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Unutmamalıyıq ki, milli yaddaş bizim ən böyük gücümüzdür.