3 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Fərhad İmanovun təşəbbüsü

3 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Fərhad İmanovun təşəbbüsü

  • 07 Noyabr 2025
  • admin

3 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Fərhad İmanovun təşəbbüsü ilə "20 oktyabr – 20 noyabr Uşaq Hüquq aylığı” çərçivəsində 322 Nömrəli Tam Orta Məktəbdə “Mənim Hüquqlarım ” adlı tədbir təşkil olunub.

Tədbirdə 322 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Görüş zamanı uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.

Daha sonra iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.

Sonda "Hüquqlar” mövzusunda viktorina keçirilib. Yarışda şagirdlər öyrəndiklərini praktik şəkildə nümayiş etdiriblər.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #UşaqHüquqAylığı #MənimHüquqlarım #Hüquqlar