3 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Arifə İmanzadənin təşəbbüsü

3 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Arifə İmanzadənin təşəbbüsü

  • 16 Noyabr 2025
  • admin

3 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalı Arifə İmanzadənin təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr "Uşaq Hüquq aylığı" çərçivəsində Binəqədi rayon 314 nömrəli tam orta məktəbdə "Uşaqlar hüquqlarını niyə bilməlidirlər?" adlı tədbir təşkil olunub.

Tədbirdə Binəqədi rayon 314 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib. Görüş zamanı uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib. 20 noyabr - Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyətindən, dövlət tərəfindən uşaqların sağlam ətraf mühitdə böyüməsi, təhsili, layiqli vətəndaş kimi formalaşması sahəsində görülən işlərdən danışılıb.

Sonda uşaqları maraqlandıran sualları cavablandırılıb.