26 may 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin təşkilatçılığı və Bakı Gənclər Mərkəzinin əməkdaşlığı ilə “Uşaq hüquqları tribunası” layihəsi çərçivəsində ilk görüş uğurla həyata keçirilib.

26 may 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin təşkilatçılığı və Bakı Gənclər Mərkəzinin əməkdaşlığı ilə “Uşaq hüquqları tribunası” layihəsi çərçivəsində ilk görüş uğurla həyata keçirilib.

  • 29 May 2026
  • admin

Tədbir zamanı layihənin məqsədi və əsas istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib. Daha sonra Uşaq Səfirlər Məclisinin məzun üzvü, Honkonq Universitetinin tələbəsi Dəniz Hüseynli və Məclisin məzun fəalı, Honkonq Universitetinin tələbəsi Dəniz Cəfərzadə çıxış edərək öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Spikerlər tərəfindən asudə vaxtın səmərəli idarə olunması, özünüinkişaf yolları, məqsədlərin müəyyənləşdirilməsi və şəxsi inkişaf istiqamətində atılmalı addımlar barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr keçirilib.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC