19 fevral 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 229 nömrəli tam orta məktəbdə şagirdlər üçün "Konstitusiya uşaqların gözü ilə" mövzusunda maarifləndirici təlim keçirilib.

  • 24 Fevral 2025
  • admin

19 fevral 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 229 nömrəli tam orta məktəbdə şagirdlər üçün "Konstitusiya uşaqların gözü ilə" mövzusunda maarifləndirici təlim keçirilib. 

Təlimdə Hüquqi təminat şöbəsinin əməkdaşları tərəfindən şagirdlərə Konstitusiyada təsbit olunmuş hüquq və vəzifələr, mövcud qanunvericilik və ali hakimiyyətin funksiyaları haqqında geniş məlumat verilib. Hüquqi savadlılığın əhəmiyyəti vurğulanaraq, uşaqların hüquqlarını bilməsi və qorumasının vacibliyi müzakirə edilib. Şagirdlərə hüquqlarının pozulması hallarında hansı instansiyalara müraciət edə biləcəkləri, hüquqlarını necə müdafiə edə biləcəkləri izah olunub.

Təlim çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri tədbir iştirakçılarına Məclisin məqsədləri, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında geniş məlumat veriblər. Onlar, həmçinin Məclisin uşaqların hüquqlarının müdafiəsi,  cəmiyyətdə fəal iştirakının təşviqi, eləcə də liderlik və sosial bacarıqlarının inkişafına yönəlmiş layihələrinin əhəmiyyətini vurğulayaraq, şagirdləri bu prosesdə aktiv olmağa təşviq ediblər.