17 mart 2026-cı il tarixində Bakı şəhəri Nizami rayonu 238 saylı orta məktəbdə
17 mart 2026-cı il tarixində Bakı şəhəri Nizami rayonu 238 saylı orta məktəbdə uşaqların hüquqi biliklərinin artırılması məqsədi ilə “Uşaqlar və Hüquq” mövzusunda görüş keçirilib.
Görüşdə açılış nitqi ilə çıxış edən məktəbin direktoru təlimin mövzusu və əhəmiyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb.
Uşaq Səfirlər Məclisinin üzvləri Tərlan Əhədzadə və Fatimə Fətəliyeva çıxış edərək Məclisin fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadə təlim iştirakçılarına uşaq hüquqları, mili qanunvericiliyin müddəaları və digər mövzular barədə danışıb.
İnteraktiv müzakirələr şəklində keçən görüşdə məktəbin rəhbərliyi, müəllim və şagird heyəti və məktəb psixoloqu iştrak edib.
Tədbirdə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar və Hüquq” adlı maarifləndirici vəsait barədə də məlumat təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
#UşaqSəfirlərMəclisi #USM #ChildAmbassadorsCouncil #CAC