16 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
16 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Bakı şəhər 295 nömrəli tam orta məktəbdə təhsil alan qızların, o cümlədən onların valideynlərinin iştirakı ilə qızların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində təlim keçirib.
Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva çıxış edərək, uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib, təhsildən yayındırma və erkən evlilik hallarının yaratdığı hüquqi məsuliyyətdən bəhs edib.
Tədbir zamanı Uşaq Səfirlər Məclisinin nümayəndələri Əsmər Əliyeva və Mələk Niftəliyeva “Qızlara kitab verək, həyat yükü yox!” adlı təqdimatla çıxış edib, iştirakçı qızların suallarını cavablandırıblar.
Sonda Dövlət Komitəsi tərəfindən məktəbdə uşaqların və valideynlərin görə biləcəyi məkanlarda yerləşdirilməsi məqsədilə hazırlanmış xüsusi maarifləndirici yapışqanlar məktəb rəhbərliyinə təqdim edilib.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC