13 Noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalları İmran Quliyev və Kənan Quliyev təşəbbüsü

13 Noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalları İmran Quliyev və Kənan Quliyev təşəbbüsü

  • 15 Noyabr 2025
  • admin

13 Noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalları İmran Quliyev və Kənan Quliyev təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr “Uşaq Hüquq aylığı” çərçivəsində TDV Bakı Türk Liseyində “Uşaqların səsi-Gələcəyin gücü!” şüarı ilə tədbir təşkil olunmuşdur.

Tədbirdə Bakı Türk Liseyinin şagirdləri iştirak ediblər. Təlim zamanı uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.

Daha sonra iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.

Sonda isə uşaqlar üçün interaktiv oyun təşkil olunub. Oyunda şagirdlər öyrəndiklərini praktik şəkildə nümayiş etdiriblər