13 may 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən 58 nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.

13 may 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən 58 nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.

  • 13 May 2026
  • admin

Görüş zamanı ilk olaraq, Uşaq Səfirlər Məclisinin üzvləri Nigar Səfərova və Nuray Bağışova tərəfindən iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvü Məryəm Xeyrullayeva tərəfindən uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.

Sonda şagirdlərin sualları cavablandırılıb və müzakirələr aparılıb.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC