12 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalları Nuran Nurməmmədov, Banu Əliyeva, Aylin Xudaverdiya, Ilknur Həmişə və Səma Məmmədlinin təşəbbüsü
12 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalları Nuran Nurməmmədov, Banu Əliyeva, Aylin Xudaverdiya, Ilknur Həmişə və Səma Məmmədlinin təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr “Uşaq Hüquq aylığı” çərçivəsində Sabunçu Gənclər Evində “Mənim səsim – mən hüququm” adlı tədbir təşkil olunub.
Tədbirdə TDV BTL şagirdləri iştirak ediblər. Görüş zamanı uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.
Daha sonra iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.
Sonda "Hüquqlar” mövzusunda interaktiv yarış keçirilib. Yarışda şagirdlər öyrəndiklərini praktik şəkildə nümayiş etdiriblər.