12 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalları Həsənova Ayan və Ağalı Ayşənurun təşəbbüsü
12 noyabr 2025-ci il tarixində Uşaq Səfirlər Məclisinin Bakı fəalları Həsənova Ayan və Ağalı Ayşənurun təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr "Uşaq Hüquq aylığı" çərçivəsində Heydər Əliyev adına liseydə "Uşaq Hüquqlarının Rezonansı" adlı tədbir təşkil olunub.
Tədbirdə Heydər Əliyev adına liseyin şagirdləri iştirak edib. Görüş zamanı uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.
Daha sonra tədbirin bədii hissəsi olub və görkəmli yazıçıların əsərlərindən hissələr canlandırılıb, şeirlər, mahnılar ifa olunub.
Sonda iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.