Uşaq Səfirlər Məclisinin yeni uğuru!
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin XI sinif məzunları arasında yüksək akademik göstəricilərinə görə qızıl və gümüş nişanlarla təltif olunanlar sırasında Uşaq Səfirlər Məclisinin üzvləri də yer alıblar.
Sevindirici haldır ki, Məclisin üzvlərindən Nigar Səfərova və Murad Qasımov qızıl nişana, Ömər Eyvazlı, Ləman Şirinova və Tərlan Əhədzadə isə gümüş nişana layiq görülüblər.
Üzvlərimizin bu uğuru onların əzmkarlığının, zəhmətinin və biliyə olan məsuliyyətli yanaşmasının nəticəsidir. Hər birini bu əlamətdar nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək təhsil həyatlarında və fəaliyyətlərində yeni uğurlar arzulayırıq.