Uşaq Səfirlər Məclisinin uğuru!
Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin XI sinif məzunları arasında yüksək akademik göstəricilərinə görə qızıl nişanlarla təltif olunanlar sırasında Uşaq Səfirlər Məclisinin region nümayəndəsi və fəalları da yer alıblar.
Sevindirici haldır ki, Məclisin Şabran rayonu üzrə nümayəndəsi Sənan Babayev, Quba rayonu üzrə fəalları Aydan Rəcəbova və Finarə Şahverdiyeva qızıl nişana layiq görülüblər.
Nümayəndə və fəallarımızın bu uğuru onların əzmkarlığının, zəhmətinin və biliyə olan məsuliyyətli yanaşmasının nəticəsidir. Hər birini bu əlamətdar nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək təhsil həyatlarında və fəaliyyətlərində yeni uğurlar arzulayırıq.