21 sentyabr 2026-cı il tarixində “Uşaqlar arasında sülh: Bərabərlik, Hörmət və Təhlükəsiz Mühit” mövzusunda tədbir keçirilib.

21 sentyabr 2026-cı il tarixində “Uşaqlar arasında sülh: Bərabərlik, Hörmət və Təhlükəsiz Mühit” mövzusunda tədbir keçirilib.

  • 24 Sentyabr 2026
  • admin

21 sentyabr 2026-cı il tarixində Beynəlxalq Sülh Günü münasibətilə Təcrübə Proqramının üzvləri tərəfindən “Uşaqlar arasında sülh: Bərabərlik, Hörmət və Təhlükəsiz Mühit” mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində iştirakçılar mövzu ilə bağlı təlimdə iştirak edib, sülh və təhlükəsiz mühitin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. Ardınca uşaqlar müxtəlif mövzular üzrə öz fikirlərini bölüşüblər.

Proqram müddətində intellektual yarış keçirilib, iştirakçılar komanda işi və əməkdaşlıq bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin əsas məqsədi uşaqlar arasında sülh, bərabərlik və qarşılıqlı hörmət dəyərlərinin təşviq edilməsi, təhlükəsiz və inklüziv mühitin formalaşdırılmasına dair məlumatlılığın artırılması olub.