Təcrübə proqramlarının üzvləri üçün bullinq və onun növləri ilə bağlı vebinar keçirilib
5 sentyabr 2026-cı il tarixində maarifləndirilmə məqsədilə bullinq və onun müxtəlif növlərinə həsr olunmuş vebinar keçirilib.
Vebinar zamanı iştirakçılara bullinq anlayışı, onun əsas növləri və qarşısının alınması yolları barədə ətraflı məlumat verilib. Həmçinin bullinq hallarının müəyyənləşdirilməsi, belə vəziyyətlərə düzgün yanaşma və təhlükəsiz ünsiyyət mühitinin formalaşdırılması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb.
Tədbirin əsas məqsədi iştirakçıların bullinq mövzusunda məlumatlılığını artırmaq, onların bu cür halların qarşısının alınması və düzgün müdaxilə ilə bağlı biliklərini inkişaf etdirmək olub.