Uşaq Səfirlər Məclisinin Xocavənd üzrə nümayəndəsi Namazlı Elmirin təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Xocavənd üzrə nümayəndəsi Namazlı Elmirin təşəbbüsü

  • 23 İyun 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Xocavənd üzrə nümayəndəsi Namazlı Elmirin təşəbbüsü, Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Müstəqilliyə Doğru” adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbir şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlamışdır. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva gənclərin maarifləndirilməsi və milli dəyərlərin aşılanmasının vacibliyini vurğulamışdır.

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və ölkəni böhrandan sabitliyə çıxarması xüsusi qeyd olunmuşdur. Uşaq Səfirlər Məclisinin nümayəndəsi Namazlı Elmir də çıxış edərək Qurtuluş Gününün tariximizdəki əhəmiyyətindən danışmış, Heydər Əliyevin gənclərə verdiyi dəyəri və bu kimi təşəbbüslərin rolunu vurğulamışdır.

Tədbirdə digər uşaqlar da çıxış etmiş, fikirlərini bölüşmüş və Milli Qurtuluş Gününə dair öz düşüncələrini səsləndirmişlər. Tədbir gənclərin inkişafı və milli şüurun gücləndirilməsi baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirilmişdir.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər