Uşaq Səfirlər Məclisinin Xızı rayonu üzrə nümayəndələri Tamam Sadıxova və Umud Yenikeyevin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Xızı rayonu üzrə nümayəndələri Tamam Sadıxova və Umud Yenikeyevin təşəbbüsü, Xızı Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Təhsil Sektorunun dəstəyi ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar danışır - Sözümüz var!" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəblilər müxtəlif çıxışlar etmiş, mahnı oxumuş, əyləncəli vaxt keçirmişdirlər. Eyni zamanda, tədbirdə bu günün Uşaq Səfirlər Məclisinin yaradıldığı gün olduğu vurğulanmış, Məclis haqqında ətraflı məlumat verilmişdir.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər