Uşaq Səfirlər Məclisinin üzvü 28-ci Beynəlxalq Antalya Riyaziyyat Olimpiadasında böyük uğur qazanıb

Uşaq Səfirlər Məclisinin üzvü 28-ci Beynəlxalq Antalya Riyaziyyat Olimpiadasında böyük uğur qazanıb

  • 08 İyun 2024
  • admin

Uşaq Səfirlər Məclisinin üzvü 28-ci Beynəlxalq Antalya Riyaziyyat Olimpiadasında böyük uğur qazanıb

Uşaq Səfirlər Məclisinin üzvü Əliəkbər Babayev 20-ə yaxın ölkədən olan uşaqların iştirakı ilə keçirilən 28-ci Beynəlxalq Antalya Riyaziyyat Olimpiadasında beynəlxalq səviyyədə rəsmi 13-cü yer tutaraq gümüş medal ilə təltif edilib.

Qeyd edək ki, seçim turunda 19 ölkədən 21 min 189 şagirdin iştirak etdiyi olimpiadanın final mərhələsində Türkiyə ilə yanaşı, Azərbaycan, Bolqarıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Şri-Lanka və İndoneziyadan 700-dən çox şagird mübarizə aparıb.