Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndələri Zəhra Həşimlinin və Ayan Ağalının təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndələri Zəhra Həşimlinin və Ayan Ağalının təşəbbüsü

  • 23 İyun 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndələri Zəhra Həşimlinin və Ayan Ağalının təşəbbüsü, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qəbələ Rayon Peşə Təhsil Mərkəzində "18 May 18 İyun İnsan Hüquqları Aylığı" tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi uşaqlara hüquqlarımızı daha da yaxşı aşılamaq, hüquqlarımızı qorumalı və hüquq pozuntusu olduqda xüsüsi qurumlarla əlaqə saxlamaq lazım olduğu barədə məlumatlandırıcı söhbətlər aparılmışdır.

Tədbir zamanı uşaqlara "hansı insan hüquqlarını bilirlər, nə kimi insan hüquqlarına aid zid hallar görüblər və həmçinin hüquqlarımızdan əlavə nə kimi vəziflərimiz var" mövzusunda suallar verilmiş və zalda birlikdə yazılı müzakirələr aparılmışdır.Günümüzdə pozulan insan hüquqlarına nəzər yetirilmiş,onu pozan hallar diqqət mərkəzində tutulmuşdur.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər