Uşaq Səfirlər Məclisinin Qax rayon üzrə nümayəndəsi Məleykə Sadıqzadənin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Qax rayon üzrə nümayəndəsi Məleykə Sadıqzadənin təşəbbüsü, Qax şəhər 3 saylı tam orta məktəbindəstəyi ilə birgə "Təbiət və heyvanlar bizə əmanətdir" adlı tədbir keçirilib. Tədbirin məqsədi uşaqları nadir və nəsli kəsilmək təhlükəsində olan ceyranların bioloji növlərinin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlərlə tanış etmək. Şagirdlərdə təbiətimizi qoruyub və onu dərindən öyrənməyi aşılamaqdır. Tədbir zamanı Qax Dövlət Təbiət Yasaqlığının mühafizə işləri üzrə direktoru Azərçin Muradov "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reinrtoduksiyası və tarixi areallarının yenidən bərpası haqqında çıxış etdi. Həmçinin tədbirdə şagirdlər şeirlər səsləndirdi, mahnılar ifa etdilər.
Tədbirin sonunda "Acınohur çölünə gətirilmiş ceyranlar və onların mühafizəsi haqqında hazırlanan prezentasiya təqdim olundu.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər