Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhər üzrə region fəalları Mustafazadə Xədicə, Abbaslı Bətül və Nəbiyeva Ayanın təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhər üzrə region fəalları Mustafazadə Xədicə, Abbaslı Bətül və Nəbiyeva Ayanın təşəbbüsü,Mingəçevir şəhər İcra Hakimiyyətinin, Təhsil sektorunun və Uşaq-Gənclər İnkişaf mərkəzinin dəstəyi ilə Mingəçevir şəhər Uşaq-Gənclər şahmat idman məktəbində "15 iyun Milli Qurtuluş Günü" adlı tədbir keçirilib.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükütla yad etməklə başlayıb. İştirakçılara Qurtuluş gününün mahiyyəti barədə məlumat verilib.İştirakçılar şeir, rəqs və musiqi çıxışları edib. Şagirdlər arasında şahmat yarışı keçirilib. Tədbirin sonunda yarışın qalibləri mükafatlandırılıb.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər