Uşaq Səfirlər Məclisinin Göyçay rayonu üzrə fəalı Kənan Məmmədovun təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Göyçay rayonu üzrə fəalı Kənan Məmmədovun təşəbbüsü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin və Göyçay Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində məktəblilər arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi məktəblilər arasında komanda ruhunu gücləndirmək, sağlam rəqabət mühitini formalaşdırmaq və eyni zamanda onların asudə vaxtlarını səmərəli, maraqlı və əyləncəli şəkildə dəyərləndirmək olmuşdur.
Yarış təşkilatçının açılış nitqi ilə başlanmış, iki turdan ibarət olmaqla ümumilikdə 24 sual səsləndirilmişdir. Ən yüksək nəticə göstərən komandalar qalib elan olunmuş, eyni zamanda bütün iştirakçılar fəallıqlarına görə diplom və təşəkkürnamələrlə təltif edilmişdir.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər