Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü

  • 23 İyun 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü, Cəbrayıl Rayon İcra Hakimiyəti və Mədəniyyət nümayəndəliyinin dəstəyi ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunmuş “Biz Qalib ölkənin uşaqlarıyıq" adlı tədbir keçirilib.

Tədbirin bədii hissəsində Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin şagirdlərindən ibarət "Mərcan" ansamblının hazırladığı konsert proqramı dinlənilib, uşaq bağçalarının balaca fidanları Vətənə, xalqa, anaya aid şeirlər söyləyib, mahnılar deyib, rəqs ediblər.

Tədbir çərçivəsində uşaq bağçalarının əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər