Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndələri Əlizadə Kənan və Əliyeva Zəhranın təşəbbüsü

Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndələri Əlizadə Kənan və Əliyeva Zəhranın təşəbbüsü

  • 23 İyun 2025
  • admin

Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndələri Əlizadə Kənan və Əliyeva Zəhranın təşəbbüsü ilə Bərdə şəhər 7 saylı F.M. Muradov adına tam orta məktəbdə “Təhsildə Qlobal Perspektivlər: Francesco Banchini ilə Görüş” adlı seminar təşkil olunmuşdur.

Tədbirdə bu görüşün əhəmiyyətindən danışılmış, daha sonra Uşaq Səfirlər Məclisi haqqında məlumat vermilmişdir.

Tədbirin qonağı, Avropa-Azərbaycan məktəbinin direktoru Francesco Banchini olmuşdur. Seminarın əsas məqsədi şagirdlərə təhsildə qlobal yanaşmalar, beynəlxalq təcrübələr və gələcək imkanlar haqqında məlumat vermək olmuşdur.

Seminarın moderatorluğunu USM-in Bərdə nümayəndələri həyata keçirmiş, ilk mərhələdə öz suallarını təqdim etmişlər. Ardınca fəallar müxtəlif mövzularda qonağa suallar ünvanlamış, Francesco Banchini isə böyük həvəslə və ətraflı şəkildə cavablandırmışdır.

Tədbir maarifləndirici və interaktiv xarakter daşımaqla yanaşı, şagirdlərin dünya təhsil sisteminə dair baxışlarının genişlənməsinə töhfə vermişdir.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər