Uşaq Səfirlər Məclisinin Astara rayonu üzrə nümayəndələri Mirvari Dadaşzadə və Əli Nəzərlinin təşəbbüsü
Uşaq Səfirlər Məclisinin Astara rayonu üzrə nümayəndələri Mirvari Dadaşzadə və Əli Nəzərlinin təşəbbüsü, Astara Rayon Təhsil sektoru və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Astara Gənclər Evində Astara fəalları arasında intellektual oyun keçirilib.
Oyunda ümumilikdə 5 komanda iştirak etdi: Smart Squad, Black Hall, Stars, FreeFall və Dark Unity. Yarış boyunca komandalar məntiq, dünyagörüş, ümumi biliklər tələb edən müxtəlif suallarla qarşılaşdılar.
Bütün komandalar öz düşüncə tərzi və yanaşmaları ilə yarışa rəng qatdılar. Yekun nəticəyə görə, “Black Hall” komandası yarışın qalibi elan edildi.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər