Uşaq Səfirlər Məclisinin Abşeron fəalları Fəridə Ağalıyeva və Zəhra Əliyevanın təşəbbüsü Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Texnologiyadan necə səmərəli istifadə etməliyik?" mövzusunda maarifləndirici təlim keçirilib.

Uşaq Səfirlər Məclisinin Abşeron fəalları Fəridə Ağalıyeva və Zəhra Əliyevanın təşəbbüsü Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Texnologiyadan necə səmərəli istifadə etməliyik?" mövzusunda maarifləndirici təlim keçirilib.

  • 29 Sentyabr 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Abşeron fəalları Fəridə Ağalıyeva və Zəhra Əliyevanın təşəbbüsü Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Texnologiyadan necə səmərəli istifadə etməliyik?" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimin əsas məqsədi müasir texnologiyaların uşaqların həyatına təsirini və onlardan düzgün istifadə etməyin əhəmiyyətini izah etmək olub.

Təlim zamanı texnologiyaların, xüsusilə rəqəmsal alətlərin və sosial medianın təhsil və şəxsi inkişaf üçün necə istifadə oluna biləcəyi ətraflı şəkildə müzakirə edilib. Fəallar uşaqlara texnologiyadan düzgün istifadə etməyin vacibliyini vurğulayaraq, onun həm müsbət, həm də mənfi tərəflərindən danışıb. Sosial medianın və onlayn platformaların uşaqların gündəlik həyatına, psixoloji vəziyyətinə və vaxt idarəçiliyinə təsiri geniş şəkildə izah edilib.

Eyni zamanda, iştirakçılara texnologiyadan daha səmərəli istifadə etməyin yolları, eləcə də təhsil prosesinə dəstək verən müxtəlif öyrənmə proqramları və tədris resurslarından istifadə metodları göstərilib. Təlimdə kibertəhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilib. İnternetdə təhlükəsiz davranış qaydaları, şəxsi məlumatların qorunması və onlayn məxfilik mövzuları izah olunaraq, uşaqların rəqəmsal məkanda daha təhlükəsiz fəaliyyət göstərmələri üçün praktik tövsiyələr verilib.