İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinə uşaqların ekskursiyası təşkil olunub
Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayon nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü
və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən
ümumi təhsil məktəblərinin şagirdləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından
Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 86 nömrəli
Yanğından Mühafizə bölməsinə ekskursiya ediblər.
Ekskursiya çərçivəsində uşaqlara yanğınsöndürən və xilasedicilərin gündəlik rejim
qaydaları və hissənin fəaliyyəti barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə və
xilasetmə vasitələrindən istifadə qaydaları, əməkdaşların günlük məşqlərinin bir hissəsi
əyani şəkildə nümayiş olunub. Bununla yanaşı uşaqlar fövqəladə hallar zamanı istifadə
edilən zəruri yanğınsöndürmə, digər qəza-xilasetmə texnika və avadanlıqları ilə
yaxından tanış olublar.